24 
İyl
2021
14:18
17
162
3220
Virtual karabakh

Dövlət Miqrasiya Xidmətindən əcnəbilərə MÜRACİƏT

24 İyl, 2021
14:18
3220

Dövlət Miqrasiya Xidmətindən əcnəbilərə MÜRACİƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olan, yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dan verilən məlumata görə, Nazirlər Kabinetinin 22 iyul  2021-ci il tarixli, 220 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.

Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı-https://www.migration.gov.az/az/news_detail/14374)

Karantin müddətində xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (7 və 8, 14 və 15,  21 və 22, 28 və 29  avqust 2021-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin “MigAz” mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri