25 
İyl
2021
16:48
179
107
2107
Virtual karabakh

Saatlıda toy zamanı karantin rejiminin tələbləri pozulub – FOTO

25 İyl, 2021
16:48
2107

Saatlıda toy zamanı karantin rejiminin tələbləri pozulub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən reydlər nəticəsində rayon ərazisində yerləşən “Xəyal” şadlıq sarayında təşkil olunan toy məclisində qayda və tələblərin pozulması halları aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yuxarıda qeyd olunan sarayda keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda - 168 nəfər qonağın iştirak etməsi müəyyən edilib.

Toy sahibi və qonaqlarla izahedici söhbətlər aparılıb, qayda pozuntusuna yol verən obyektin icarədarı R.Fətəliyev barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri