25 
İyl
2021
21:15
99
324
2875
Virtual karabakh

Samuxda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub – FOTO

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alıuşağı, Sərkar və Ziyadlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, bundan başqa rayon ərazisində fəliyyət göstərən “Sərin” şadlıq sarayında keçirilən toy mərasiminə olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan  20 nəfər restorana buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri