26 
İyl
2021
09:52
18
85
2178
Virtual karabakh

Toyda tanışını bıçaqlayan şəxs barəsində RƏSMİ AÇIQLAMA

26 İyl, 2021
09:52
2178

Toyda tanışını bıçaqlayan şəxs barəsində RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 25-i saat 18:00 radələrində Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluq xəbər yayıb.

Məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon ərazisində təşkil olunan toyda iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri