26 
İyl
2021
12:18
483
44
4720
Virtual karabakh

Azərbaycanla Gürcüstan arasında avtobusla gediş-gəlişin bərpası təklif olundu - FOTO

26 İyl, 2021
12:18
4720

Azərbaycanla Gürcüstan arasında avtobusla gediş-gəlişin bərpası təklif olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda ictimai nəqliyyatla Gürcüstana gediş-gəlişin bərpası məsələsi əsas müzakirə predmeti olub.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktor əvəzi Nikolaz Qvenetadze əhalinin tələbatını nəzərə alaraq “COVID-19” pandemiyası şəraitində hər iki dövlətin müəyyən etdiyi qaydalara riayət etməklə müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsini təklif edib.

Bu məqsədlə aidiyyəti strukturlara müraciət edilməsinin zəruriliyi məqsədəuyğun hesab edilib.

Daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri