26 
İyl
2021
15:56
105
15
1622
Virtual karabakh

Yevlaxda xəstəxanadan oğurluq edən şəxs saxlanılıb - FOTO

26 İyl, 2021
15:56
1622

Yevlaxda xəstəxanadan oğurluq edən şəxs saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup rayon sakini Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən və eləcə də, xəstəxanadan oğurluq edilməsi barədə məlumatlar veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumatlar əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Balabəy Cəfərov saxlanılıb.

Araşdırmalarla onun üç fərdi yaşayış evindən və xəstəxanadan televizor, noutbuk, samovar, elektrik kabelləri və nəğd pul oğurlamaqla vətəndaşlara maddi ziyan vurduğu müəyyən edilib. Dinidirilmə zamanı B.Cəfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri