26 
İyl
2021
22:48
290
39
9507
Virtual karabakh

Ziyarətgahdan 30 min manatlıq qızıl saat tapılıb – VİDEO

26 İyl, 2021
22:48
9507

Ziyarətgahdan 30 min manatlıq qızıl saat tapılıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Oğuz sakini Baku TV-yə üz tutaraq tapdığı saatın sahibini axtardığını bildirib. 

Belə ki, rayonun Kərimli kəndi ərazisində yerləşən və el arasında “Çərşənbaba” adlı ziyarətgahın dini icma sədri Əmir Kərimov təqribən 10-15 gün öncə ziyarətgahın önündə olan bulağın yanından saat tapıb. 

Həmin gündən rahatlıq tapmayan qəhrəmanımız saatın sahibinin məhz bu süjetdən sonra tapılacağına inanır. 

Əmir Kərimov saatı tapdıqdan sonra ən yaxın dostlarına göstərib. Daha sonra o zərgərə üz tutub və saatın qızıl olmasını öyrənib. Aparılan araşdırma zamanı saatın xeyli baha olduğu aydınlaşıb. Qiyməti isə nə az, nə çox 30 min manat civarındadır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri