27 
İyl
2021
15:41
376
11
2782
Virtual karabakh

Pakistan parlament sədrindən TƏKLİFLƏR

27 İyl, 2021
15:41
2782

Pakistan parlament sədrindən TƏKLİFLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təklif edirəm ki, Azərbaycan, Pakistan və Türkiyəyə gələn hökumət nümayəndələri həmin ölkələrin parlamentlərinə gəlsin”. 

Oxu.Az xəbər verir ki, bunu Pakistan parlamentinin sədri Əsəd Qeysər Milli Məclisdə keçirilən görüşdə deyib.

Ə.Qeysər əlavə edib ki, koronavirusa qarşı mübarizə aparmaq üçün ölkələr səyləri gücləndirməlidir.

“Üçüncü təklifim odur ki, parlamentlər qanunları bir daha nəzərdən keçirib ticarətin təşviqi üçün münbit şərait yaratmalıdır. Dördüncü, bizim gözəl təbiətimiz və istedadlı insan resurslarımız var. Bu fürsətdən istifadə etmək bizim əsas prioritetimiz olmalıdır”,- deyə o əlavə edib. 

Parlament sədri mədəniyyət sahəsində də əməkdaşlığın vacibliyini qeyd edib.

O təklif edib ki, Azərbaycan və Türkiyə Pakistanda mədəniyyət mərkəzləri yaratsın. 

Pakistanlı spiker əlavə edib ki, hər üç ölkə tələbə mübadiləsi həyata keçirməlidir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri