27 
İyl
2021
18:13
62
169
3413
Virtual karabakh

Hotelin icarədarı karantin qaydalarını pozduğuna görə 4000 manat CƏRİMƏLƏNDİ - FOTO/VİDEO

27 İyl, 2021
18:13
3413

Hotelin icarədarı karantin qaydalarını pozduğuna görə 4000 manat CƏRİMƏLƏNDİ - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərinin keçirildiyi obyektlərdə yoxlamalar aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Çuxuryurd kəndi ərazisində yerləşən “Star” hoteldə təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı hotelin icarədarı Məqsəd Bağırov inzibati məsuliyyətə cəlb olunaraq dörd min manat cərimələnib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri