28 
İyl
2021
10:00
14
111
3365
Virtual karabakh

Sumqayıt Dəmiryol Vağzalının qarşısında bıçaqla öldürülən şəxs barəsində AÇIQLAMA

28 İyl, 2021
10:00
3365

Sumqayıt Dəmiryol Vağzalının qarşısında bıçaqla öldürülən şəxs barəsində AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri