28 
İyl
2021
11:12
227
14
1257
Virtual karabakh

Mustafa Şentop: “Sərbəst ticarət anlaşması yaxın zamanda müsbət nəticələr verəcək”

28 İyl, 2021
11:12
1257

Mustafa Şentop: “Sərbəst ticarət anlaşması yaxın zamanda müsbət nəticələr verəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çox uzun zaman itirmişik. Daha əvvəl iqtisadi və digər sahələrdə iki ölkə arasında əlaqələrimizi genişləndirə bilsəydik. Lakin, bütün hallarda yenə də biz bu istiqamətdə ciddi addımlar atırıq. Onlardan biri “Şuşa bəyannaməsidir”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir çox addımlar atılıb ki Azərbaycan və Türkiyə arasındakı əlaqələr daha da möhkəmlənsin:

“Azərbaycan və Türkiyə arasında xarici pasport olmadan səyahət şansı yaradıldı. 21 aprel 2021-ci il tarixində Azərbaycan və Türkiyə vətəndaşları iki ölkə arasında xarici pasport olmadan, sadəcə şəxsiyyət vəsiqəsi ilə rahat şəkildə səyahət edə biləcəklər.

Eyni zamanda 1 mart 2021-ci il tarixindən etibarən iki ölkə arasında ticarət anlaşması oldu. İnşallah sərbəst ticarət anlaşması ilə bağlı da müzakirələr yekunlaşdırıldıqdan sonra iki ölkənin iqtisadi sahəsində daha münbit şərait yaradılacaq. Mən inanıram ki, bütün bu addımlar yaxın zamanda ciddi müsbət nəticələr verəcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri