28 
İyl
2021
14:18
49
146
5689
Virtual karabakh

İşləmək istəyənlərin NƏZƏRİNƏ: Özünüməşğulluq proqramına yeni sahələr əlavə olundu - FOTO

28 İyl, 2021
14:18
5689

İşləmək istəyənlərin NƏZƏRİNƏ: Özünüməşğulluq proqramına yeni sahələr əlavə olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası genişlənib.

Oxu.Az xəbər verir ki, özünüməşğulluq proqramına bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) əlavə olunub.

Bununla da artıq vətəndaşlar həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər.

Ümumilikdə proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paket təqdim edilir.

Cari ilin altı ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib.

Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə linkə daxil olaraq tanış ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri