28 
İyl
2021
15:04
9
95
1869
Virtual karabakh

Şəmkirdə itkin düşən şəxs axtarılır - FOTO

28 İyl, 2021
15:04
1869

Şəmkirdə itkin düşən şəxs axtarılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyul ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, M.Vəliyev 160 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (070) 306-45-46 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri