28 
İyl
2021
18:19
40
339
3322
Virtual karabakh

Özünü “Azərsu”nun əməkdaşı kimi göstərən şəxs sakinlərdən külli miqdarda pul götürüb - FOTO

İçməli sudan qanunsuz istifadənin, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə  tərəfindən mütəmadi nəzarət-yoxlama tədbirləri keçirilməsinə baxmayaraq, yenə də sudan qanunsuz istifadə etməyə çalışanlar var.

Xəzər rayonu “Albalılıq-2” adlanan yaşayış massivində ev alqı-satqısı ilə məşğul olan bəzi şəxslər sakinləri aldadaraq, onlardan müəyyən məbləğlərdə pul almaqla yaşayış evlərinə qanunsuz su xətləri çəkib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, sakinlərdən biri, Aygün Əmiraslanovanın sözlərinə görə sayğac da daxil olmaqla hər ev üçün 1200 manatdan pul yığılıb.

Araşdırmalar zamanı məlum olub ki, yaxınlıqda su xətti olmadığından işbazlar təxminən bir kilometrlik məsafədən 50 mm-lik boru ilə su çəkərək paylayıcı kollektor quraşdırıb və buradan evlərə fərdi su xətləri çəkilib.

Xəzər Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkarlanan qanunsuz su xətləri kəsilərək, sudan qeyri-qanuni istifadənin qarşısı alınıb. Hazırda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edib sakinləri aldadan şəxslərin kimliyi dəqiqləşdirilir və hüquq mühafizə orqanlarına təqdim etmək üçün lazımi sənədlər hazırlanır.

Şirvan şəhəri, Zülfi Hacıyev küçəsi, ev 8/A ünvanında yerləşən “Təmiz su” istehsal və satış müəssisəsinin rəhbəri də qanunvericiliyin tələblərini kobud surətdə pozaraq xammal istifadəçisi kimi qeyr-qanuni sudan istifadə edib.

Məlum olub ki, sahibkar müəssisənin yaxınlığında yerləşən və Bəhruz Nərimanova məxsus fərdi evin su xəttindən rezin boru vasitəsi ilə qanunsuz şəkildə istifadə edir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq su istehsalı müəssisəsinin və fərdi evin su təchizatı dayandırılıb.

Qeyd edək ki, içməli sudan xammal kimi istifadə edənlər bir kubmetr suya görə səkkiz manat ödəməli olduğu halda, fərdi evdən götürdüyü suya görə heç bir ödəniş etməyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri