28 
İyl
2021
18:02
17
191
2558
Virtual karabakh

Nazir müavini tələbə kreditində kimlərə güzəşt ediləcəyindən DANIŞDI - VİDEO

28 İyl, 2021
18:02
2558

Nazir müavini tələbə kreditində kimlərə güzəşt ediləcəyindən DANIŞDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təhsil tələbə kreditlərinin qaytarılma müddəti 10 ildir”.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev bildirib.

Onun sözlərinə görə, əgər tələbə kreditin qaytarılması dövründə daha yüksək əyani təhsil almaq istəsə bu zaman ona möhlət veriləcək:

“Tələbə bakalavr müddətində magistraturaya əyani və ödənişli daxil olduqda, kredit aldığı dövrdə həqiqi hərbi xidmətə yollanarsa, ona möhlət veriləcək və kredit hesablanmayacaq”.

Nazir müavini bildirib ki, tələbə krediti zamanı hamilə qadınlara da güzəştlər olacaq:

“Tələbə xanım uşaq dünyaya gətiribsə, hamiləliyə görə 156 gün məzuniyyət dövründə və 3 ilədək körpəyə qulluq dövründə kreditin ödənişi tələb olunmayacaq və faiz hesablanmayacaq. Eyni zamanda, məhkumluq faktı qeydə alınarsa, həmin vaxt da kredit tələb olunmayacaq”.

O qeyd edib ki, tələbə kreditləri sığortalanacaq:

“Müqavilə bağlanan zaman sığorta müqaviləsi bağlanacaq. Bu, ölüm və əmək qabiliyyətinin tam və qismən itilməsi ilə bağlıdır. Kreditin verilməsi elektron qaydada olacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri