28 
İyl
2021
18:40
412
16
1829
Virtual karabakh

Bir qrup qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib - FOTO/VİDEO

28 İyl, 2021
18:40
1829

Bir qrup qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində yaralanmış qazilərimizdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir, “Genium” sistemi üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkətə imkan yaradır. İstifadəçiyə yenidən sərbəst və rahat hərəkət imkanı qazandırır.

Ümumilikdə, Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 109 qazi  113 yüksək texnologiyalı protezlə təmin olunub. 12 nəfər qazinin yüksək texnologiyalı protezlerlə təminatı prosesi isə hal hazırda yekunlaşmaq üzrədir. 

Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Onlardan 32 qazimiz  ən son texnologiyalı protezlə təmin ediləcək.

Bu ilin mart ayından ilk dəfə olaraq əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb. Artıq 562 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə əlilləridir.

Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1040-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji, 233 nəfər müharibə iştirakçısı isə reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.

Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri