28 
İyl
2021
23:40
50
231
2378
Virtual karabakh

Samuxda toy qaydalarını pozanlar cərimələndi - FOTO

28 İyl, 2021
23:40
2378

Samuxda toy qaydalarını pozanlar cərimələndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ziyadlı, Çobanabdallı kəndlərində və Qarayeri qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa rayon ərazisində fəliyyət göstərən “Sərinim” və “Paris” şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 45 nəfər restorana buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri