29 
İyl
2021
00:06
85
691
7116
Virtual karabakh

Zərdabda bəy və gəlin vaksinasiya olunmadığına görə toya buraxılmadı - FOTO

29 İyl, 2021
00:06
7116

Zərdabda bəy və gəlin vaksinasiya olunmadığına görə toya buraxılmadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir.

“Report” xəbər verir ki, növbəti monitorinq rayonun Qoruqbağı kəndində yerləşən “Eldayaq” şadlıq sarayında kecirilib.

Məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar.

Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri və rayon polis şöbəsi tərəfindən əhali arasında mütəmadi olaraq vaksinasiya ilə bağlı maarifləndirici tədbirlər və müxtəlif görüşlər keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri