29 
İyl
2021
11:36
287
14
3200
Virtual karabakh

Əsgəri ilə birlikdə şəhid olan baş leytenant Murad İbadov - VİDEO

29 İyl, 2021
11:36
3200

Əsgəri ilə birlikdə şəhid olan baş leytenant Murad İbadov - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş leytenant Murad İbadov vətən dardadı deyə məzuniyyəti başa vurmadan döyüşə qatılıb və əsgəri ilə birlikdə şəhid olub.

Düşmənə bir çox zərbələr yetirən qəhrəmanımız 1993-cü ildə Qobustanda anadan olub.

Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2016-cı ildə məktəbi bitirdikdən sonra N saylı hərbi hissədə xidmətə başlayıb.

Şəhidin atası Yusif İbadovun sözlərinə görə, Muradın uşaqlıqdan hərbiyə marağı olub.

Anası Gülcahan İbadova:

“Ailənin tək oğul övladı olduğu üçün başqa peşə seçməsini istəsək də Murad hərbini və vətənini çox sevirdi” - deyə bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri