29 
İyl
2021
12:08
193
31
2127
Virtual karabakh

“Bakı Metropoliteni” yeni ventilyasiya qurğularının üstünlüklərini AÇIQLADI

29 İyl, 2021
12:08
2127

“Bakı Metropoliteni” yeni ventilyasiya qurğularının üstünlüklərini AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 3 il müddətində köhnə havalandırma qurğularımızı yeniləri ilə əvəz etmişik. Hazırda Rusiyadan 23 belə qurğu alınıb. Bunlar da müxtəlif gücdədir. 75 və 5 kVt-lıq ventilyatorlardır. Həmçinin 24 hava daşıyıcı qurğular da alınıb.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

N.Abdullayevin sözlərinə görə, köhnə havalandırma qurğuları 75-80-ci illərdən istismar edilən qurğular idi:

“Bu gün “Bakı Metropoliteni”ndə 121 havalandırma qurğusu var. Onlardan 12-si yollararasıdır. Bundan başqa 75-80-ci illərdə istismar edilən qurğuların istifadə vaxtı bitsə də işlək vəziyyətdə idi. Yeni havalandırma qurğusundan fərqli olaraq köhnələr həm gücü, həm havanın buraxılış imkanı, həm də sürətinə görə geri qalır. Yeni qurğularda tezlik çeviriciləri var. Yəni biz havanın stansiyalara ötürülməsini sürətlərlə həyata keçiririk. Ümumilikdə 7 sürət var. Yanğın və qəza zamanı 6 və 7-ci sürət qoşulur.

Bu havalandırma qurğusu həm axına işləyir, həm də sovurma imkanı var. Cəmi 32 saniyə lazımdır ki, bu qurğu axından sovurmaya çevrilsin.

Təzə ventilyasiya qurğularının öz idarəetmə şkafları var və yeni proqramlar yazılıb. Əvvəllər bizim dispetçer idarəetmə məntəqəmiz ventilyayorların 3 siqnalını görürdü. Bunlar axına işləmək, sövurmaya işləmək və stop siqnallarıdır. Amma indi dispetçer 16 siqnala nəzarət edir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri