29 
İyl
2021
12:32
11
178
1585
Virtual karabakh

İllərdir qəzalı evdə yaşayan Məmmədovlar ailəsi - VİDEO

29 İyl, 2021
12:32
1585

İllərdir qəzalı evdə yaşayan Məmmədovlar ailəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirin Sor-Sor kəndində yaşayan Məmmədovlar ailəsi illərdir evsizlik şəraitindən əziyyət çəkdiklərini deyir.

Baş vermiş təbii fəlakət nəticəsində evləri yararsız hala düşən ailə aidiyyəti orqanlara üz tutub. Evə baxış keçirilib, müvafiq komissiya vəziyyəti yerindəcə araşdırıb və müraciətin doğru olduğunu təsdiqləyib.

Həmin ev yaşayış üçün yararsız olduğundan həyətyanı sahələrində çadır qurulub və ailə oraya köçürülüb. Altı nəfərlik ailənin bir çadırda yaşaması ilin bütün fəsillərində çətinliklər törədir.

Mövcud problemlə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, ailənin müvəqqəti məskunlaşması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Şöbəsinə müraciət olunub, mütəxəssislər tərəfindən baxış keçirildikdən sonra ailə üzvlərinin sayına uyğun olaraq müvəqqəti məskunlaşmaları üçün çadırla təmin edilib.

Məsələ ilə bağla FHN-dən isə bildirilib ki, bu haqda onlara hər hansı müraciət olunmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri