29 
İyl
2021
11:48
10
108
2573
Virtual karabakh

Mərkəz rəhbəri imtahana düşən sualların çətinləşdirilməsi məsələsinə aydınlıq gətirdi

29 İyl, 2021
11:48
2573

Mərkəz rəhbəri imtahana düşən sualların çətinləşdirilməsi məsələsinə aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müəllim olmaq istəyən namizədlərin bildirdiyinə görə, suallar çətinləşdirilib. Burada məsələ çətinləşdirmə ilə bağlı deyil, əsas məqam müəllimlərin dünya standartlarına yaxınlaşmasıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin rəhbəri Nəzakət Mehdiyeva deyib. 

Onun sözlərinə görə, beş il əvvəl bu nəticəni əldə etmək mümkün deyildi:

“Təhsillə bağlı illərlə aparılan təhlillər əsasında məktəbə hansı müəllimlərin lazım olması qənaətinə gəlinir. Analoji hadisə 5 il əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda da yaşanmışdı. Şagirdlər kurikulum əsasında verilən imtahanlarda çətinliklə üzləşmişdilər”.

O qeyd edib ki, test tapşırıqlarında sualların qərəzli və ya proqrama uyğun olmasının araşdırılması üçün mütəxəssislər cəlb olunub:

“Təqdim olunan suallar proqrama uyğundur”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri