29 
İyl
2021
12:48
382
27
9175
Virtual karabakh

II ixtisas qrupu üzrə ən yüksən bal toplayan şagird: “Gün ərzində 3-4 saat dərs oxumuşam” - FOTO

29 İyl, 2021
12:48
9175

II ixtisas qrupu üzrə ən yüksən bal toplayan şagird: “Gün ərzində 3-4 saat dərs oxumuşam” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda keçirilən II ixtisas qrupu üzrə ən yüksək göstərici - 691.2 bal toplayan şagird Əflan Bədəlovdur.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, Salyan şəhər Yusif Qasımov adına 4 nömrəli tam orta məktəbin şagirdi olub:

“Mən hər gün universitetə hazırlaşmaq üçün 3-4 saat dərs çalışmışam, vaxtaşırı dərsləri təkrarlamışam. Nəticədə qəbul imtahanında yüksək bal topladım. Ali təhsilimi hansı universitetdə alacağım barədə qərar verməmişəm. Əgər alınsa, dövlət xətti ilə xarici ölkədə təhsil almaq istəyirəm”.

Ə.Bədəlov 3 qat respublika fənn Olimpiadasının qalibidir. O, buraxılış imtahanında 291.2 balla rayon birincisi olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri