29 
İyl
2021
12:20
6
86
1693
Virtual karabakh

Şöbə müdiri MİQ-də vakant yerlərin nəyə əsasən təqdim edildiyindən danışdı

29 İyl, 2021
12:20
1693

Şöbə müdiri MİQ-də vakant yerlərin nəyə əsasən təqdim edildiyindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müəllimlərin işə qəbulunda təqdim edilən vakant yerlər demoqrafik vəziyyətdən asılı olur”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bu gün ölkədə demoqrafik vəziyyətimiz yaxşıdır, uşaqlar çoxalır və onlara dərs deyən müəllimlər lazımdır:

“Bu gün rayonlarda, dağ kənd məktəblərində vakant yerlər olsa da, çox namizəd ora işləmək üçün getmir. Əksər müəllimlər yaşadığı yerdə işləmək istəyir. Bu gün dövlət universitetlərə tələbə qəbul edərkən bu yerləri nəzərə alır”.

“Bakıda əhalinin sıx yaşadığı yerlərdə vakant yerlər məhduddur. İl ərzində hər bir fənn üzrə 1-2 yer açılar, ya yox”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri