29 
İyl
2021
13:56
11
96
1601
Virtual karabakh

Bu il cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında qeydə alınan cinayətlərin sayı AÇIQLANDI

29 İyl, 2021
13:56
1601

Bu il cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında qeydə alınan cinayətlərin sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin birinci yarımili ərzində cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 43 cinayət qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

O bildirib ki, qeydə alınan 43 cinayət hadisəsindən 30-u görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşlar və digər şəxslər tərəfindən törədilib:

“Keçirilən tədbir nəticəsində 36 fakt üzrə narkotik vasitələrin və 8 ədəd mobil telefonun gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb”.

Cinayətkarlıqla mübarizədə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqənin daha səmərəli təşkili məqsədi ilə görülən tədbirlərdən danışan general-mayor narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasına dair görülən işlərə də diqqət çəkib:

“Daxili işlər orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində 32 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Hesabat dövründə 461 cinayətin açılmasına köməklik göstərilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri