29 
İyl
2021
13:11
399
13
2408
Virtual karabakh

Xocalıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı - VİDEO

29 İyl, 2021
13:11
2408

Xocalıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

Həmin ərazidən aşkar edilən bir pulemyot, üç avtomat, yeddi müxtəlif növ qumbara, bir qumbaraatan mərmisi, iki avtomat sandığı, 269 ədəd müxtəlif çaplı patronlar aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri