29 
İyl
2021
14:58
100
526
16989
Virtual karabakh

Azərbaycanda deputat istirahət mərkəzində sərxoş halda polisə hücum çəkdi - İDDİA

29 İyl, 2021
14:58
16989

Azərbaycanda deputat istirahət mərkəzində sərxoş halda polisə hücum çəkdi - İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

Xaçmaz sakinlərindən Bakupost.az-a bildirilib ki, hadisə dünən Nabranda baş verib.

Sakinlərin sözlərinə görə, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkərək ona xəsarət yetirib.

Hazırda polis əməkdaşı işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş ediblər.

Qeyd edək ki, məsələ ilə bağlı Oxu.Az deputatın özü ilə əlaqə saxlamağa çalışsa da bu, mümkün olmadı. O və köməkçisi hər iki mobil nömrəsini bağlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri