29 
İyl
2021
15:16
22
441
15572
Virtual karabakh

AA seriyalı maşınla piyadanı vurub öldürən sürücünün kimliyi bilindi - VİDEO

29 İyl, 2021
15:16
15572

AA seriyalı maşınla piyadanı vurub öldürən sürücünün kimliyi bilindi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən səhər saatlarında Bakıda piyadanı vuraraq ölümünə səbəb olan “Mercedes-Benz Maybach” markalı 99 AA 323 nömrəli avtomobilin sahibinin kimliyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 28-də səhər saat 09:45 radələrində Səbail rayonu, Salyan yolu 5 ünvanında 99 AA 323 nömrəli “Mercedes-Benz Maybach” markalı avtomobillə piyada vurulub. Hadisə zamanı piyada, 1941-ci il təvəllüdlü İsmayılov Vardar Muxtar oğlu vəfat edib.

Hadisəni törədən şəxsin Xəzər rayon sakini, 1967-ci il təvəllüdlü Muradov Gülməmməd Məmməd oğlu olduğu müəyyən edilib.

Kürü və balıq məhsulları istehsal edən “Caspian Fish” şirkətinin vəzifəli şəxsi G.Muradov günahsız olduğunu bildirib. “Caspian Fish” şirkəti Gilan Holdinqə daxildir və məlumata görə, şirkətin prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı Əhədpur Mənuçehrdir.

Piyadanın vurulması ilə bağlı başlanan istintaq qəzanı törədən G.Muradovu sərbəst buraxıb.

Gülməmməd Muradovun adı daha öncə dələduzluq işində zərərçəkmiş kimi hallanıb. O, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanova 150 min manat verib aldadıldığını bildirmişdi. Bununla bağlı o, F.Məmmədxanovun məhkəməsində iştirak edərək ifadə də verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri