29 
İyl
2021
16:28
191
14
6246
Virtual karabakh

Sabahdan daha bir avtobusda ödənişlər “BakıKart”a keçir

29 İyl, 2021
16:28
6246

Sabahdan daha bir avtobusda ödənişlər “BakıKart”a keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda fəaliyyət göstərən daha bir sərnişin avtobusu kartla ödənişə keçir.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, 30.07.2021-ci il tarixindən 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - “Memar Əcəmi” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Post terminalların quraşdırıldığı ərazilər müvafiq olaraq aşağıdakılardır:

Dairəvi, Binəqədi qəs. (Binəqədi rayonu)
4-cü məhəllə,Biləcəri qəs. (Binəqədi rayonu)
Asəf Zeynallı, döngə 1/1 (Binəqədi rayonu)
Xaqani küç, Biləcəri qəs. (Binəqədi rayonu)
Əhməd Qasımov küç (Binəqədi rayonu)
Yəhya Hüseynov 16 (Binəqədi rayonu)
Rəşid İsmayılov 56 (Binəqədi rayonu)
Asif Məhərrəmov 1 (Nəsimi rayonu)
Asif Məhərrəmov 76A (Nəsimi rayonu)

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri