29 
İyl
2021
15:21
231
16
1861
Virtual karabakh

Şəhid ailəsi və müharibə əlillərinə verilən mənzillərin sayı AÇIQLANDI - RƏSMİ

29 İyl, 2021
15:21
1861

Şəhid ailəsi və müharibə əlillərinə verilən mənzillərin sayı AÇIQLANDI - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndiyədək 10 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bölgələrdə də bu il üzrə onlara 460-dan çox fərdi evin verilməsi planlaşdırılıb və artıq həmin evlərin inşasına başlanıb.

O qeyd edib ki, tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinə, qazilərə agentlik tərəfindən 2020-ci ilin noyabr ayından psixoloji dəstək tədbirləri həyata keçirilir:

“Habelə müharibə dövründə zərərçəkmiş mülki əhali ilə psixo-sosial işlər aparılır. Ümumən 3 minə yaxın ailəyə baş çəkilərək 10 min ailə üzvünə sosial-psixoloji dəstək göstərilib, ehtiyacı olanlarla davamlı psixoloji konsultasiyalar keçirilib.

Növbəti mərhələdə isə mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələrindən də ehtiyacı olanlar üçün əlavə psixoloji dəstək tədbirlərinə, psixoloji konsultasiyalara başlanacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri