29 
İyl
2021
16:44
106
26
2035
Virtual karabakh

Bakı Bəyannaməsi Azərbaycan üçün nə ifadə edir? - ŞƏRH

29 İyl, 2021
16:44
2035

Bakı Bəyannaməsi Azərbaycan üçün nə ifadə edir? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 illik işğaldan azad olunmuş, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində birlikdə imzaladıqları tarixi Şuşa Bəyannaməsindən sonra Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin 27 iyul 2021-ci il tarixində Bakı şəhərində keçirilən üçtərəfli görüşündən sonra Bakı Bəyannaməsinin imzalanması yeni platformada çoxşaxəli fəaliyyəti özündə ehtiva edir.

O qeyd edib ki, Azərbaycan bütün dost dövlətlərlə dünyada və regionda sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdaşı olaraq bundan sonra da yeni reallıqlar çərçivəsində dostluğa sadiq qalaraq fəaliyyət göstərəcək.

Bu gün Azərbaycanın ərazi bütövlüyünün, onun suverenliyinin qorunmasında, habelə beynəlxalq hüquq və normaların təmin edilməsində yaxından iştirak edən dost dövlətlər hər zaman Azərbaycanın etibarına arxayın ola bilərlər.

Son olaraq bildirib ki, Bakı Bəyannaməsində qeyd olunan nəqliyyat, ticarət, enerji, xalqlar arasında təmas, təhsil, sosial, mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlığın inkişaf etdirilməsi işində hökumətlərə ətraflı dəstək verilməsi dövlətlərin əhalisinin sosial rifahını daha da yaxşılaşdıracaqdır.

Məzahir Əfəndiyev

Milli Məclisin deputatı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri