29 
İyl
2021
17:16
248
22
2671
Virtual karabakh

“Asfalt zindan”a salınan ağaclar azadlığa qovuşdu - FOTO

29 İyl, 2021
17:16
2671

“Asfalt zindan”a salınan ağaclar azadlığa qovuşdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai prospekti, Bakı Dəmiryol Vağzalının yaxınlığında ağacların dibi asfaltlanıb. 

Bu barədə fotolar sosial şəbəkədə yayılıb.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əlaqə saxladıq.

ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, Xətai prospekti, Bakı Dəmiryol Vağzalının yaxınlığında ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb:

“Sözügedən ünvanda, yol kənarında xeyli sayda ağacın dibinin asfaltla örtüldüyü müəyyən edilib. Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 37 saylı Mənzil Kommunal İstismar Sahəsinə icrası məcburi göstəriş verilib”.

“Xidmətin əməkdaşlarının nəzarəti altında Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən ağacların dibinin asfaltdan təmizlənməsi işlərinə başlanılıb”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri