30 
İyl
2021
10:12
82
63
1709
Virtual karabakh

Restoran rəhbərliyi qaydaları pozduğuna görə CƏRİMƏLƏNDİ - FOTO

30 İyl, 2021
10:12
1709

Restoran rəhbərliyi qaydaları pozduğuna görə CƏRİMƏLƏNDİ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi restoranlarda təşkil edilən toy mərasimlərində karantin rejiminin tələblərinə riayət edilmədiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində fəaliyyət göstərən “Planet” və rayonun Muxax kəndində yerləşən “Ruslan” restoranında keçirilən toy mərasimləri barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Etibar Süleymanov (“Ruslan” restoranı) və Qəhrəman Kələşov (“Planet” restoranı) barəsində protokollar tərtib olunaraq cərimələniblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri