30 
İyl
2021
11:24
230
10
2968
Virtual karabakh

Gürcüstan sərhədi yaxınlığında avtomobil yolu yenidən qurulur - FOTO

30 İyl, 2021
11:24
2968

Gürcüstan sərhədi yaxınlığında avtomobil yolu yenidən qurulur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunda 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulması artıq yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, dördüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan sözügedən yol 2 mindən çox əhalinin yaşadığı iki yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək.

Yolun layihə üzrə hərəkət hissəsi altı, çiyinlərin eni isə hər bir istiqamət üzrə iki metr təşkil edir.

Uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı yuyulub, hərəkət hissəsində qabarmalar və çökmələr əmələ gəlib. Bu isə rahat və təhlükəsiz hərəkətə maneə yaradırdı.

Yolun qabarmış və çökmüş hissələri qazılaraq çıxarılıb, qazılan hissələr doldurulub, yolun torpaq yatağı qaldırılıb və genişləndirilib, yararlı qrunt yayılıb və lay-lay kipləşdirilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri