30 
İyl
2021
13:29
26
228
4590
Virtual karabakh

Dəmir yolu vağzalında qadını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

30 İyl, 2021
13:29
4590

Dəmir yolu vağzalında qadını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 30-u səhər saatlarında Xaçmaz rayon sakini Könul Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

12:04

Xaçmazda dəmir yolu vağzalı ərazisində qadın meyiti tapılıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Könül Nadir qızı Bayramova olduğu məlum olub.

Onun döş qəfəsinə və sağ qoluna bir neçə xəsarət yetirildiyi bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin artıq Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri