30 
İyl
2021
13:36
140
4
1063
Virtual karabakh

FHN: İki azyaşlı xilas edilib

30 İyl, 2021
13:36
1063

FHN: İki azyaşlı xilas edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 yanğına çıxış və beş köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində ikisi azyaşlı olmaqla altı nəfər xilas edilib.

Həmçinin, Nərimanov rayonunda 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri