30 
İyl
2021
18:30
85
239
2345
Virtual karabakh

Karantin qaydalarını pozaraq şənlik keçirənlər cərimələndi - FOTO

30 İyl, 2021
18:30
2345

Karantin qaydalarını pozaraq şənlik keçirənlər cərimələndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xəlfələr kəndində karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy şənliyinin keçirilməsi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məclisin sahibi Şabran rayon sakini Fərhad Əzimova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları həyətdə təşkil olunan məclisin təşkilatçısı barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Sarıcalar kəndi ərazisində yerləşən “Arzu” şadlıq sarayında icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib.

Polis əməkdaşlarının tərəfindən daha bir qayda pozuntusu rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində keçirilən toy məclisində də aşkarlanıb.

Belə ki, ev sahibi M.Kərimovun təyin olunan qaydaları pozaraq evinin həyətində 70 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan hər iki qayda pozuntusu ilə bağlı inzibati qaydada tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri