30 
İyl
2021
11:56
155
14
1020
Virtual karabakh

İşlə təmin olunan qazi və şəhid ailələrinin sayı AÇIQLANDI - FOTO

30 İyl, 2021
11:56
1020

İşlə təmin olunan qazi və şəhid ailələrinin sayı AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 320-yə çatıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 140-ı dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 193-ü xidmət, 96-sı emal, 19-u kənd təsərrüfatı, 12-si tikinti sahəsinə aiddir.

Marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı isə 1 386-ya çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 321 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 238 qazi münasib işlərlə təmin olunub.

İşə cəlb olunanlar arasında 18-29 yaş arası şəxslər üstünlük təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları linkə daxil olmaqla yerləşdirə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün linkə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri