30 
İyl
2021
16:40
340
24
1165
Virtual karabakh

Cahit Bağçı: “Azərbaycanın Türkiyənin acısını paylaşması dostluq münasibətinin bariz nümunəsidir”

30 İyl, 2021
16:40
1165

Cahit Bağçı: “Azərbaycanın Türkiyənin acısını paylaşması dostluq münasibətinin bariz nümunəsidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşü keçirilib.

Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bahar Muradova son günlərdə Türkiyədə baş verən genişmiqyaslı yanğın hadisəsi ilə bağlı üzüntüsünü ifadə edərək həyatını itirənlərin ailələrinə başsağlığı verib. O, qardaş ölkəyə qarşı yönələn qara əllərin hələ də sakit durmamasının narahatlıq doğurduğunu vurğulayaraq, bu cür əməlləri törədənlərin qətiyyən hədəflərinə çata bilməyəcəklərini, Türkiyənin tarixən ən ağır sınaqlardan alnıaçıq və qalib çıxan bir dövlət kimi bunun da öhdəsindən layiqincə gələcəyindən əminliyini qeyd edib.

B.Muradova hər zaman olduğu kimi bu gün də Azərbaycanın Türkiyənin yanında olduğunu, müvafiq dəstəyi göstərdiyini və xalqımızın hər bir nümayəndəsinin bu məsələyə öz münasibətini bildirərək ürək ağrısı ilə “Türkiyə yanırsa, bizim də qəlbimiz yanır” şüarlarını səsləndirmələrinin ölkələrimiz arasında dostluq əlaqələrinin gücünü bir daha ortaya qoyduğunu diqqətə çatdırıb.

Türkiyədə baş verən yanğın hadisəsi ilə bağlı dəstək göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirən C.Bağçı Azərbaycan dövlətinin və xalqının ilk dəqiqələrdən etibarən Türkiyənin acısını paylaşaraq, dəstəklərini ifadə etmələrinin bir daha ölkələrimiz arasındakı dostluq münasibətlərinin bariz nümunəsi olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri