30 
İyl
2021
18:04
369
35
3332
Virtual karabakh

Yaqut Qarayeva ölkədə xəstəxanaların fəaliyyətini tənqid etdi: “Xəstəxanalarda infeksiyaya nəzarət olsaydı...”

30 İyl, 2021
18:04
3332

Yaqut Qarayeva ölkədə xəstəxanaların fəaliyyətini tənqid etdi: “Xəstəxanalarda infeksiyaya nəzarət olsaydı...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əgər ölkədə fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, bəlkə də koronavirus bu qədər təsiredici olmayacaqdı. Çünki koronavirus hava-damcı yolu ilə yoluxan xəstəlikdir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, öncədən hava-damcı yolu ilə keçən xəstəliklərin izolyasiya qaydalarını tətbiq etsəydik, bəlkə də mövcud proqramda bu qədər çox dəyişiklik olmayacaqdı:

“Bu gün koronovirus pandemiyası böyük təkan verdi ki, proqramda ciddi dəyişikliklər edilsin. Ən azından xəstəxanalarda daxil olan və çıxan xəstələrə qarşı ilkin izolyasiya tədbiri tətbiq edilir. Yüksək hərarətlə gələn xəstələrin ilkin izolyasiyası aparılır, bu, müsbət göstəricidir. Amma əvvəl həmin prosesi bu dərəcədə düşünmürdük. İndi isə biz gələn xəstələrin COVID-19 xəstəsi ola biləcəyini düşünürük. Ümid edirəm ki, gələcəkdə bu sistemi daha da təkmilləşdirəcəyik”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri