31 
İyl
2021
00:07
55
264
2108
Virtual karabakh

Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub - FOTO

31 İyl, 2021
00:07
2108

Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ziyadlı və Ağasbəyli kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 70 nəfər restorana buraxılmayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri