31 
İyl
2021
16:24
87
43
3742
Virtual karabakh

Ülkər Fərmanqızı: “Sabiq deputat Xanhüseyn Kazımlının sürücüsüyəm deyən şəxslə əlaqəmiz yoxdur”

31 İyl, 2021
16:24
3742

Ülkər Fərmanqızı: “Sabiq deputat Xanhüseyn Kazımlının sürücüsüyəm deyən şəxslə əlaqəmiz yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial Rifah Partiyası qurumun keçmiş sədri, sabiq deputat Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilməsi xəbərinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, ASRP-nin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Ülkər Fərmanqızı bununla bağlı açıqlamasında deyib:

“Baş verən hadisə ilə bağlı yaxından və ya uzaqdan heç bir əlaqəmiz yoxdur. Xanhüseyn Kazımlı elə bir ziyalıdır ki, elə bir sürücüsü olsa, özü öz əlləri ilə onu hüquq-mühafizə orqanlarına təslim edər. Amma nə hörmətli professorun, nə onun ailəsinin, nə partiyamızın xəbərdə qeyd edilən avtomobili var. Baş verən insidentin nə professor Xanhüseyn Kazımlı ilə, nə də partiya ilə bir əlaqəsi var. “Mən Xanhüseyn Kazımlının sürücüsüyəm” deyən şəxslə əlaqəmiz yoxdur. Daxili İşlər Nazirliyi professorun sürücüsü olduğunu iddia edən şəxsin həqiqətən də Xanhüseyn Kazımlının sürücüsü olub-olmaması ilə bağlı məsələni təsdiq etməyib. Hazırda partiya tərəfindən bu məsələ xüsusi nəzarətə götürülüb. Hörmətli professorun və partiyanın isminə qarayaxmağa çalışan şəxsin hüquq qarşısında cavab verməli olduğu qənaətindəyik. Bunun üçün partiyamız əlindən gələni əsirgəməyəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri