Avq
2021
00:06
97
368
4249
Virtual karabakh

Kürdəmirdə 30-a yaxın toy sahibi cərimələnib

1 Avq, 2021
00:06
4249

Kürdəmirdə 30-a yaxın toy sahibi cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri reydlər zamanı rayon ərazisində həyətyanı sahəsində toy edərək karantin rejimini pozan 30-a yaxın toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Reydlər sasən rayonun Sığırlı, Ərəbqubalı, Topalhəsənli və Yenikənd kəndlərində həyata keçirilib.

Qeyd edək ki, polis əməkdaşları müətmadi olaraq karantin rejimini pozmağa çalışan toy sahibləri ilə maarifləndirici söhbətlər aparır və profilaktik tədbirləri davam etdirirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri