Avq
2021
16:25
485
17
2571
Virtual karabakh

Azərbaycanlı idmançı ABŞ-da 23 saniyəyə rəqibinə qalib gəldi - FOTO

1 Avq, 2021
16:25
2571

Azərbaycanlı idmançı ABŞ-da 23 saniyəyə rəqibinə qalib gəldi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı idmançı Elgün Xanoğlanlı ABŞ-ın Nyu York şəhərində keçirilən “Ekstremal qəfəs döyüşü” (“Extreme Cage Fighting” - ECF) qaydasız döyüş növü üzrə “Nyu York kəməri”ni qazanıb.

Həmyerlimiz 57 kq çəki dərəcəsində qalib olub. E.Xanoğlanlını dəstəkləmək üçün yarışa paytaxt Vaşinqton da daxil olmaqla, ABŞ-ın bir çox şəhər və ştatlarından – Massaçusets, Los Anceles və Nyu Yorkdan həmyerlilərimiz qatılıb.

Rəqibini 23 saniyəyə fəndlə məğlubiyyətə uğradan E.Xanoğlanlı qalibiyyət kürsüsünə Azərbaycan bayrağı ilə çıxıb. Qələbədən sonra Nyu Yorkun şəhərinin Bruklin rayonunun rəhbəri Erik Adams həmyerlimizlə görüşərək onu təbrik edib.

Hər üç aydan bir keçirilən yarışda artıq ikinci böyük uğurunu qazandığını deyən 29 yaşlı idmançı “Report”a rəqibinin güclü olduğunu və onu məğlub etmək üçün bir neçə aydır hazırlaşdığını bildirib: “Rəqibim Ceremi Ruizl ABŞ-ın güclü idmançılarındandır. Bu məni qorxutmadı və yarışa var-gücümlə hazırlaşdım. Kəməri alanda arenada Azərbaycan bayrağı ilə idim və qələbəmi Vətən müharibəsində canından keçən şəhidlərimizə və onların ailələrinə həsr etdiyimi dedim. Zaldakı azərbaycanlıların dəstək üçün gəlməsi məni çox sevindirdi.

Dünyanın hər yerindən güclü idmançıların qatıldığı bu yarış ABŞ-üçün çox əhəmiyyətlidir və qalibiyyətimlə karyeramda ciddi dəyişikliklər olacaq. Dekabrda keçiriləcək növbəti yarış kəməri müdafiə oyunu olacaq, 2022-ci ildə isə dünya çempionatı var. Ümid edirəm ki, dünya çempionu adını qazanaraq, növbəti dəfə Azərbaycan bayrağını zirvəyə qaldıracağam”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri