Avq
2021
11:18
32
77
1218
Virtual karabakh

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin açılışı baş tutub - FOTO

1 Avq, 2021
11:18
1218

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin açılışı baş tutub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

30 iyul tarixində “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxı rayonunda həyata keçirilən “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

Düşərgənin ilk günündə açılış mərasimindən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şamaxı rayon Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Açılış mərasimi düşərgənin həyata keçiriləcəyi Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş tutub. Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, tərəfdaş qurumların nümayəndələri və "Böyük Qayıdış" Gənclər Təşkilatının idarə heyətinin üzvləri iştirak ediblər. Natiqlər öz çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdə milli birliyimizdən, gənclərin bu qələbədə böyük rolundan, ön və arxa cəbhədə, informasiya müharibəsində gənclərin aktivliyindən, yüksək Vətənpərvərlik hissi nümayişindən söz açıblar. Bildirilib ki, post-münaqişə dönəmində də Azərbaycanın haqlı mövqeyinin, işğalın fəsadlarının dünya ictimaiyyətinə çatdırılmasında, Qarabağın dirçəlişində və Böyük qayıdış prosesində cəmiyyətin və dövlətin gənclərdən gözləntiləri böyükdür.

Düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi ilə reallaşan Böyük qayıdışa və Qarabağda dirçəlişə töhfə vermək istəyən Qarabağ gəncləri arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaqdır. Həmçinin gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olaraq asudə vaxtlarını səmərəli təşkil etməkdir.

“BirliyimİZ” devizi altında 7 gün davam edəcək düşərgədə 80 nəfər Qarabağ gənci “Zəfər”, “Dəmir Yumruq”, “Bayraqdar”, “Xarıbülbül”, və “Qayıdış” adlı komandalar şəklində iştirak edəcəklər. Düşərgədə gənclər üçün Vətən müharibəsi iştirakçılarının və rəsmilərin iştirakı ilə görüşlər, hər bir komanda üçün şəxsi və komanda inkişafı yönümlü təlimlər, Qarabağda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, Qarabağ bölgəsinə aid mədəniyyət axşamları və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri