Avq
2021
10:00
131
12
4608
Virtual karabakh

“Acıbadem”də mədəaltı vəzi pankreas şişlərinin müalicəsi - FOTO

3 Avq, 2021
10:00
4608

“Acıbadem”də mədəaltı vəzi pankreas şişlərinin müalicəsi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə planetdə 18 milyon insan xərçəng xəstəliyindən əziyyət çəkib. Bunlardan təxminən 450 000-i mədəaltı vəzi xərçəngidir. 

Mədəaltı vəzi xərçənginin erkən diaqnozu üçün testlərin olmadığını qeyd etmək vacibdir. 
Mədəaltı vəzi şişlərinin yaranma riski siqaret çəkmə, piylənmə, xroniki pankreatit və genetikadan qaynaqlana bilər.

Bu yaxınlarda bu diaqnoz bir hökm kimi səslənirdi. Bu gün tibb irəliyə doğru addımlayıb. Belə ki, cərrahlar artıq bir sıra uğurlu əməliyyatlar aparırlar və bunun sayəsində də xəstələrin ömrünü xeyli uzada bilirlər. “Acıbadem” klinikalarının aparıcı mütəxəssislərindən biri, professor Güralp Ceyhanın dəhşətli xəstəlik üzərində qələbələri çoxdur. Doktor bizimlə söhbətləşərkən təcrübəsini paylaşıb və mədəaltı vəzi xərçəngi ilə mübarizədə nailiyyətlər ilə bağlı suallara cavab verib:

Mədəaltı vəzi şişlərinin hansı növləri ilə tez-tez qarşılaşırsınız?

Adətən mədəaltı vəzi xərçənginin ağır forması olan adenokarsinom kanallarını diaqnoz edirik. Tez – tez intraprotozal papilyar musinoz şişlər (IPMŞ) aşkarlayırıq. Bu, uzi sahəsindəki inkişaf sayəsində mümkün olur. Ancaq qeyd etmək lazımdır ki, bu növ şişin müalicəsi çətindir. 

Şişlər 2 əsas növə bölünür: bəziləri mədəaltı vəzinin əsas kanallarına (daha təhlükəli), digərləri isə kiçik kanallara təsir göstərir. Bundan əlavə neyroendokrin (aktiv və ya qeyri-aktiv) şişlər də mövcuddur. Qeyd etməl lazımdır ki, mədəaltı vəzdə həmçinin iltihab prosesi ilə qarşılaşırı. Bu onkoloji olmayan, lakin düzgün müalicə tələb edən xroniki pankreatitdir.

Həkimə müraciət etməyə məcbur edən hansı simptomlardır?

50 % hallarda xəstəlik sonrakı mərhələlərə qədər simptomsuz olaraq keçir. Məsələn: Bazar günü xəstə qolf oynayır və bazar ertəsi dəri sarımtıl olur. Həmin xəstələrə həkimlər qaraciyər metastazı və qısa bir həyat (bir ilə qədər) ilə mədəaltı vəzi xərçəngi diaqnozu qoyur.

Digərlərinin əsas simptomları isə dərinin saralması, iştahın olmaması, zəiflik, ürəkbulanma, qarın şişməsi, kürəyə vuran çox güclü ağrılardır.

Erkən diaqnoz sahəsində hansı nailiyyətlər var?

Mədəaltı vəzi xərçəngi erkən mərhələdə yalnız təsadüfən aşkar edilə bilər. Xəstə müayinə üçün gedir, təcrübəli həkim ultrasəs müayinəsində (USM) “şübhəli şişlər” görür, sonra diaqnoz təsdiq edilir. 

Vurğulayaq ki, erkən diaqnostikanın digər üsulları da mövcuddur. Misal üçün qastroskopiya (mədə və onikibarmaq bağırsağın müayinəsi), endosonoqrafiya, şiş markerləri. Lakin mədəaltı vəzi xərçəngini erkən mərhələdə aşkar etmək üçün bütün bu üsulların geniş tətbiqi həmişə təsirli olmur. 

Zəhmət olmasa müasir, xəstənin ömrünü uzadan müalicə üsulları haqqında danışardınız.

Bəzi hallarda, şişləri aradan qaldırmaq üçün əməliyyatlarda robotlardan istifadə edirik. Bu bizə daha az yan təsir, daha yaxşı bir bərpa prosesi və heç bir yara izi qalmadan əməliyyatları başa vurma üstünlüyü verir.

İkinci kateqoriyada olan xəstələrdə (20-25%) xərçəng daha da irəliləyir. Bu yaxınlarda həmin kateqoriyalı xəstələr III kateqoriyaya aid edilən xəstələrlə (50-55%) eyni formada metastazlarla mədəaltı vəzi xərçəngi ilə - palliativ kimyəvi terapiya ilə müalicə edilmişdir.

Xəstələrin 20 % -ində şiş ayrı-ayrı yerlərdə yerləşir: “baş”, “bədən” və ya vəzin “quyruq” sahəsində. Biz bu hallarda xəstəyə rezeksiya və kimyəvi terapiya tətbiq edirik.

İkinci kateqoriyada olan xəstələrdə (20-25%) xərçəng daha da irəliləyir. Bu yaxınlarda həmin kateqoriyalı xəstələr III kateqoriyaya aid edilən xəstələrlə (50-55%) eyni formada metastazlarla mədəaltı vəzi xərçəngi ilə – palliativ kimyəvi terapiya ilə müalicə edilmişdir.

İndi hər şey dəyişib: ikinci qrup xəstələr ən son müasir dərmanlardan istifadə edərək neoadjuvant kimyəvi terapiya alır. Onlar əməliyyatdan sonra ölümlə nəticələnə biləcək kəskin qanaxmaya səbəb ola bilən toxuma dəyişdirməyə və fistula meydana gəlməsi riskini azaltmağa meyillidirlər.

Xərçəng xəstələrin 50 % - dən çoxunda əməliyyat olunur və sağalma artır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, “mədəaltı vəzi xərçəngi” diaqnozunun həmişə ölümcül bir təhlükə olmadığını iddia edə bilərsinizmi?

Mədəaltı vəzi xərçəngi hələ də təhlükəli bir xəstəlikdir, ancaq keçmişdə kömək edə biləcəyini düşünməyəcəyimiz pasiyentlərə indi kömək edə bilərik. Biz getdikcə profesionallaşırıq, inkişaf edirik, ancaq mədəaltı vəzi xərçəngi hələ də təəssüf ki, çox aqressiv və ölümcül bir şiş olaraq qalır, ancaq indi xəstələrimiz üçün bir ümid var!

Xəstələr uğrunda mübarizə aparmağa dəyər. Bunu da mən və təcrübəli çoxprofilli mütəxəssislərdən ibarət komanda “Acıbadem”də uğurla yerinə yetiririk.

Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.

Tel.: +994 12 595 96 81.

Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri