Avq
2021
16:06
16
158
2783
Virtual karabakh

Üfunət iyindən təngə gələn sakinlər - VİDEO

4 Avq, 2021
16:06
2783

Üfunət iyindən təngə gələn sakinlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi 44 ünvanında yerləşən binanın sakinləri kəskin üfunət qoxusundan əziyyət çəkirlər.

Sözügedən ünvanın sakinləri deyir ki, yaşadıqları beşmərtəbəli binanın zirzəmisinə çirkab sularınının axması xüsusilə yay aylarında vəziyyəti daha da çətinləşdirir. 

Onların sözlərinə görə, mövcud problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, məsələyə əncam qılan tapılmayıb. 

Yaranmış vəziyyətlə bağlı Mingəçevir Sukanal İdarəsindən şifahi olaraq bildirilib ki, həmin ünvana baxış keçirilib, borulardakı tutulmalar təmizlənib, zirzəmiyə yığılan çirkab sular isə nasos vasitəsilə çəkiləcək. Həmçinin nasaz borular yeniləri ilə əvəzlənərək yaranmış problem tezliklə həll yolunu tapacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri