Avq
2021
00:13
222
65
4352
Virtual karabakh

Bu gündən 20 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib

5 Avq, 2021
00:13
4352

Bu gündən 20 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib.

Həmin şəxslər COVID-19 pasportu və 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycan gəlib-gedə biləcəklər.

Vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahı:

1. Almaniya Federativ Respublikası;

2. Avstriya Respublikası;

3. Belcika Krallığı;

4. Çexiya Respublikası;

5. Danimarka Krallığı;

6. İrlandiya Respublikası;

7. İspaniya Krallığı;

8. İsveç Krallığı;

9. İsvecrə Konfederasiyası;

10. Kanada;

11. Luksemburq Böyük Hersoqluğu;

12. Malta Respublikası;

13. Niderland Krallığı;

14. Polşa Respublikası;

15. Portuqaliya Respublikası;

16. Serbiya Respublikası;

17. Sinqapur Respublikası;

18. Slovakiya Respublikası;

19. Sloveniya Respublikası;

20. Yunanıstan Respublikası.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri