Avq
2021
12:44
79
38
6646
Virtual karabakh

Sabahın hava proqnozu AÇIQLANDI

5 Avq, 2021
12:44
6646

Sabahın hava proqnozu AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-27°, gündüz 34-39°, bəzi yerlərdə 40°, Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 36-41°, bəzi yerlərdə 42°, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri