Avq
2021
16:12
27
216
6917
Virtual karabakh

Acından günorta dururlar, amma İstanbulu işğal etmək eşqi ilə yaşayırlar - VİDEO

5 Avq, 2021
16:12
6917

Acından günorta dururlar, amma İstanbulu işğal etmək eşqi ilə yaşayırlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

90-cı illərin Qarabağ müharibəsi bizim qan yaddaşımızda silinməz iz qoydu. Tarixin bu dövrü bizim üçün ağrı-acı, itirilmiş torpaq, itirilmiş ömür kimi yadda qaldı. Səbəb və təfərrüatları hamı bilir. Təkrar etməyə düşünürəm ki, lüzum yoxdur. 90-cı illərin Qarabağ müharibəsindən sonra erməni milləti Azərbaycan xalqına qarşı etdiyi bütün vəhşiliyi, qırğınları, soyqırımı özü üçün motivasiya kimi qəbul etdi. Ermənilər hər dəfə imkan düşəndə “etmişik, yenə də edəcəyik” deyirdilər.

44 günlük Vətən müharibəsi vəziyyəti 180 dərəcə dəyişsə də, minlərlə erməni leşi yol kənarında, zibil kimi qalsa da, bu gün də ermənilər “müharibə” deyə qışqırır. Biri deyir Metsamoru partladaq, digəri deyir Mingəçevir SES-i partladaq. Yadınızdadırsa 9 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik raket Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilmişdi.

Görünən odur ki, bu gün də Ermənistanın imkanı olsa yenə Gəncəyə, Bərdəyə, Tərtərə, Bakıya raketlər yağdırar. Sadəcə başa düşür ki, oradan bura bir quş uçsa, Ermənistan bu dəfə yer üzündən silinəcək. Yerablur qarışıq yox olacaqlar. Anaitin yetimçələri belə onlara kömək olmayacaq.

90-cı illərin Qarabağ müharibəsində iştirak edənlər indi də Ermənistanın güclü ordusundan, igid döyüşçülərindən danışır. Deyəsən “Bayraktar” və “Harop”un topdan məhv etdiyi texnika və canlı qüvvə yadlarından çıxıb. Unudublar ki, bizim zabit və əsgərlər yalın əllə Şuşanı işğaldan azad ediblər.

Bu video 2020-ci ilin iyul ayında çəkilib. İki sərsəm, axmaq və eyni zamanda yüzlərlər azərbaycanlının qətlini həyata keçirən iki erməni bizə mesaj verir. Onların hər ikisi 90-cı illərin Qarabağ müharibəsində iştirak edib, hər ikisi də bizimkiləri qətlə yetirib. Biri Qaqik Qenasyan, digəri isə Artur Amarasi kimi tanınan Artur Aleksanyandır. Artur Aleksanyan Qarabağ döyüşlərində polkovnik kimi aktiv iştirak edib. Neçə azərbaycanlı qız-qadını, uşağı qətlə yetirib, bilmirəm.

Deməli bu iki qaniçən sərsəm deyir ki, ermənilər Gəncəyə, Bakıya, hətta İstanbula qədər gedə bilər. Söhbət bilet alıb təyyarə ilə səyahətdən getmir. Onların arzusu bu şəhərləri işğal etməkdir. Və hər ikisi əmindir ki, erməni ordusunun buna gücü yetəcək. Amma onlara görə bir problem var. O da iqtisadi məsələdir. Bu əraziləri işğal edəndən sonra necə saxlayacaqlar? Sonra da 90-cı illərin Qarabağ döyüşlərinin polkovniki deyir ki, biz balaca Ermənistanı saxlaya bilmirik, o əraziləri saxlaya bilmədiyimiz üçün də hücuma keçmirik. Və bunu o qədər ciddi üz ifadəsiylə deyir ki, adam onların koordinatlarını tapıb “Harop”a vermək istəyir ki, ilahi ədalət bərqərar olsun. Dünyanın oksigenini gör kimlər sərf edir.

Bu sərsəmlər xəstə düşüncənin içində bircə həqiqəti deyirlər. Özləri də anlayır ki, kiçicik Ermənistan iqtisadi cəhətdən məhv olur. Bu hələ Vətən müharibəsindən əvvəl deyilən sözdür, görün vəziyyət indi nə yerdədir. Lakin iştahları güclüdür. Gəncə, Bakı, İstanbul sevdasına düşüblər.

Bəhram Bağırzadənin məşhur ifadəsi yadıma düşdü: “Bütün millət uyuya bilməz axı?” Bütün millət xəstə ola bilməz axı? Yoxsa bu klinik hal dünya tibb elminə hələ məlum deyil? Bütün millət dava, qırğın, ölüm istəyir. Acından günorta dururlar, amma İstanbulu işğal etmək eşqi ilə yaşayırlar. Ümid edirəm ki, bütün dünya COVID-19 virusuna qalib gələndən sonra, yeni bir vaksin də hazırlayar. Antierməni vaksini. Çünki yazıqdılar, iynəni vurub xilas olsunlar. Ağılları başlarına gəlsin. Əks halda “Bayraktar” onları vurub Anaitin məbədinə göndərəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri